Mayın 18-də İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, builki final şousunun açılış mərasimi, hər il olduğu kimi, yaddaqalan təşkil olunub. Finalda iştirak edən 26 ölkə təmsilçisinin hər biri tamaşaçı zalından səhnəyə xüsusi qurğu ilə asılmış yolla səhnəyə gələrək bütün Avropa qarşısına çıxıblar. Azərbaycanın üç rəngli bayrağı da bu səhnədə dalğalanan 26 ölkə bayrağından biri olub.

Final mərhələsində 26 ölkə təmsilçisi ardıcıl olaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Fərid Məmmədov “Hold me” mahnısı və bu müsabiqə üçün hazırlanmış xüsusi şou ilə bütün zalın alqışlarını qazanıb.

Final şousunda ötən il Bakıda qalibiyyət qazanan Loreen də çıxış edib. O həm də ona qalibiyyət gətirən musiqini çox gözəl şou ilə təqdim edib.

Qeyd edək ki,  Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro və Gürcüstan Azərbaycana 12 bal verib.

Ukrayna, Rumıniya, Belarus ölkəmizə 10 xal təqdim edib.

Moldovadan, Fransadan, Kiprdən Azərbaycana 8 bal verilib.  

Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcstana, 12 balı isə Ukraynaya verib.

Danirmarka 281, Azərbaycan 234, Ukrayna 214 balla “Eurovision 2013” mahnı müsabiqənin ilk  üçlüyündə yer alıblar. Qeyd edək ki, bu Danimarkanın “Eurovision” müsabiqəsində üçüncü qələbəsidir. 

Beləliklə, “Eruovision 2014” yarışması Danimarkada baş tutacaq.

Comments are closed.