“Eurovision-2011” mahnı müsabiqəsində səsvermə başa çatdı. Səsvermənin nəticələrinə görə, Azərbaycan mahnı müsabiqəsinin qalibi oldu. Eldar və Nigar dueti 219 xal toplayıb və ən yaxın rəqiblərini xeyli qabaqlayıb.

Azərbaycana səs verən ölkələrin siyahısı:

Rusiya – 12
Niderland – 6
Kipr – 8
Ukrayna – 10
Finlandiya – 5
İslandiya – 8
Slovakiya – 7
Avstriya – 8
Polşa – 8
İsveç – 3
San-Marino – 10
Türkiyə – 12
İsveçrə – 1
Yunanıstan – 5
Gürcüstan – 8
Fransa – 6
Xorvatiya – 10
Belarus – 6
Rumıniya – 10
Albaniya – 8
Malta – 12
Portuqaliya – 8
Macarıstan – 7
Litva – 8
Bosniya və Hersoqovina – 8
İsrail – 4
Estoniya – 8
Belçika – 3
Latviya – 3

Azərbaycan isə ən yüksək xalı Ukraynaya verib. Gürcüstan Azərbaycandan 10, Yunanıstan isə 8 xal aldı.

Beləliklə, Azərbaycan təmsilçiləri “Eurovision”da iştirak tariximizdə ən böyük uğura imza atmış oldu. Gələn il müsabiqəyə ev sahibliyini Bakı edəcək.

Comments are closed.