Axısxa türklərinin Gürcüstan ərazisindəki doğma yerlərinə qaytarılması üçün bu ölkənin hökumət strukturlarının daxil olduğu köç komissiyası yaradılıb, köçmə işlərinə gələn ilin əvvəllərində başlanıla bilər.

APA-nın məlumatına görə, bu barədə Axısxa Türklərinin «Vətən» Cəmiyyətinin İdarə Heyətinin sədri Şəmsəddin Sərvərov bildirib.

Axısxa türklərinin Gürcüstana qayıdışı ilə bağlı rəsmi Tiflisin Avropa Şurası qarşısında götürdüyü öhdəliyin müddətinin bu il başa çatdığını deyən Ş. Sərvərovun sözlərinə görə, danışıqların nəticəsi olaraq bu prosedurun müddətində müəyyən uzadılma olacaq: «Köç komissiyası hazırda iş aparır və yaxın günlərdə daha bir toplantının keçirilməsi gözlənilir. Ümid edirik ki, yaxın vaxtlarda 67 illik ayrılıqdan sonra biz doğma torpaqlarımıza dönəcəyik».

Ş. Sərvərovun sözlərinə görə, köçürülmə mərhələlərlə həyata keçiriləcək. Bura müvafiq qərarın qəbulu, qaçqınlardan qayıdışla bağlı ərizələrin toplanması, geri qayıdanlara statusun verilməsi və s. daxildir. Hazırda bütün bu prosedurlar Gürcüstan tərəfi ilə müzakirə olunmaqdadır.

Comments are closed.