Türk Dünyasının ozanı, tanınmış güneyli sənətçimiz Araz Elsəs Bakıda konsert verəcək

Konsert mayın 29-da saat 19:00-da Babək prospektindəki “Monte Karlo” şadlıq sarayında keçiriləcək. Biletlərin satışı və konsertlə bağlı əlavə məlumat veriləcək. Əlaqə telefonu 00 994 50 314 35 60-dır. Xatırladaq ki, məşhur ozan Araz Elsəs martın 24-də Bakıda konsert proqramı ilə çıxış edəcəkdi. Lakin konsert təxirə salındı. Təşkilatçılar konsertin keçirilməməsinin səbəbini həm texniki problemlərin yaranması, həm də Araz Elsəsi müşayiət edən ansamblın Bakıya gəlməməsiylə əlaqələndirdilər. Qeyd edək ki, Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmu gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Siyasi səbəblərdən çətinliklərlə üzləşərək 1991-ci ildə Azərbayca Respublikasına köçür. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. Həmin dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb.

Comments are closed.