94-cü  ilini qeyd etdiyimiz Azərbaycan Parlamenti bütün müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub.

1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.

Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.

M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verib: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

 

 

Parlamentin rəhbərliyi

 

Əli Mərdan bəy Topçubaşov Parlamentin sədri,  Məmməd Yusif Cəfərov Sədrin I müavini , Sultan Məcid Qənizadə (Qəniyev) Sədrin müavini,  Bağır bəy Rzayev Parlamentin baş katibi,  Mehdi bəy Hacınski Parlamentin katibi,  Bayram Niyazi Kiçikxanlı Parlamentin katibi 

 

Azərbaycan Parlamentinin Tərkibi

 

I Müsavat və Bitərəflər fraksiyası

  1. Məhəmməd Əmin Rəsulzadə
  2. Həsən bəy Ağayev
  3. Nəsib bəy Yusifbəyli
  4. Xəlil bəy Xasməmmədov
  5. Məmmədhəsən Hacınski
  6. Abbasqulu Kazımzadə
  7. Musa bəy Rəfiyev
  8. Cavad bəy Məlikyeqanov
  9. Mehdi bəy Hacınski

10. Mehdi bəy Hacıbababəyov

11. Rəhim bəy Vəkilov

12. Şəfi bəy Rüstəmbəyli

13. Hacı Səlim Axundzadə

14. Mustafa Mahmudov

15. Asəf bəy Şıxəlibəyov

16. Abuzər bəy Rzayev

17. Əhməd Həmdi Qaraağazadə

18. Ağa Əminov

19. Nəriman bəy Nərimanbəyli

20. Mirzə Sadıq Axundzadə

21. Müseyib bəy Əxicanov

22. Mustafa ağa Vəkilov

23. Məmmədbağır Şeyxzamanlı

24. Məmmədəli Rəsulzadə

25. Murtuza Axundov

26. Rza bəy Axundov

27. Məmmədrza ağa Vəkilov

28. Cəlil bəy Sultanov

29. Əşrəf bəy Tağıyev

30. Məmməd Yusif Cəfərov

31. Mirzə Əsədullayev

32. Yusif Əhmədzadə

33. Baxış bəy Rüstəmbəyov

34. Fətəli xan Xoyski

35. Ağa bəy Səfərəliyev

36. Əsədulla Əhmədov

37. Ağa Aşurov

38. Qulamhüseyn bəy Kazımbəyov

II İttihad fraksiyası

  1. Qara bəy Qarabəyov
  2. Mir Yaqub Mehdiyev
  3. Qazı Əhməd bəy Məmmədov
  4. Cəmil Lənbəranski
  5. Bəhram bəy Vəzirov
  6. Sultan Məcid Qənizadə
  7. Həmdulla əfəndi Əfəndizadə
  8. Zeynal bəy Vəzirov
  9. Heybətqulu bəy Məmmədbəyli

10. Əli bəy Zizikski

11. Qara bəy Əliverdilər

12. Əsəd bəy Əmirov

13. İsgəndər bəy Axundov

 

III Əhrar fraksiyası

  1. Aslan bəy Qardaşov
  2. Hacı Molla Əhməd Nuruzadə
  3. Muxtar əfəndi Əfəndizadə
  4. Qərib Kərimoğlu
  5. Bayram Niyazi Kiçikxanlı

IV Sosialistlər fraksiyası

  1. Səməd ağa Ağamalıoğlu
  2. Əliheydər Qarayev
  3. Qasım bəy Camalbəyov
  4. Hacı Kərim Sanılı
  5. Əhməd bəy Pepinov
  6. Camo bəy Hacınski
  7. Rza bəy Qaraşarlı
  8. Aslan bəy Səfikürdski
  9. İbrahim Əbilov

10. Bağır Rzayev

11. Vladislav Bakradze

12. Əkbər ağa Şeyxülislamov

13. İbrahim İsmayılzadə

V Bitərəflər

  1. Bəhram bəy Axundov
  2. Behbud xan Cavanşir
  3. Əbdüləli bəy Əmircanov

VI Müstəqillər

  1. Əlimərdan bəy Topçubaşov
  2. Səməd bəy Mehmandarov
  3. Xudadad bəy Məlikaslanov
  4. Baba bəy Qəbulzadə

VII Sol müstəqil

  1. Abdulla bəy Əfəndizadə

VIII Slavyan – Rus İttifaqı fraksiyası

  1. Viktor Klanevski
  2. Basili Kravcenko
  3. Cerqey Remizov
  4. Fyodor Kotılevski

IX Milli azlıqlar fraksiyası

  1. Lorens Kun
  2. Moisey Quxman
  3. Stanislav Vonsovic
  4. Vasil Kujim

X Erməni fraksiyası

  1. Arşak Paronyan
  2. Yervan Taqionosov
  3. İsaq Xocayev
  4. Stepen Toqionosov
  5. Georgi Şahnazarov

XI Daşnaksütyun fraksiyası

  1. Arşak Malxazyan
  2. Xoren Amaslür
  3. Poqos Cubarlı
  4. Abqar Papyan
  5. Aleksandr Ter-Azeryan
  6. Bogdan Balayans

Comments are closed.