Hər ilin bu günü bütün türklər Türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Adsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsindən başlayan böyük anəm və özünə dönüş gününü qeyd edir. İlk dəfə 1945-ci il 3 mayda Topxana Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan,Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunub. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turançılar arasında keçirilməkdədir.

Türkülüyünün fərqində olan hər kəsin Türkçülük günü mübarək olsun !

Comments are closed.