Əlvan Dəmirli
VHP Ali Məclisinin üzvü və
Qobustan RT sədri

Telefon:

+994 55 721 22 92

 
0150 5 00 57 

Web:

E-mail:

 

elvan.demirli@facebo ok.com

Sosial şəbəkələrdə:

https://www.facebook.com/elvan.demirli

 

 

Tanıtım:

 

Dəmirli Əlvan Kamal oğlu, 06 dekabr 1957-ci ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olub.

1978-ci ildə orta məktəbi bitirib. Bakı Bədən Tərbiyəsi Texnikomunun məzunudur.

1977-79-cu illərdə hərbi xidmətdə olub.

1983-1991-ci illərdə Vladimir Avto-Trakto İnistutunda qiyabi təhsil alıb.

Mərəzə qəsəbə orta məktəbində, 185 saylı Texniki Peşə Məktəbində  müəllim işləyib.

1991-1995-ci illərdə Qobustan Uşaq Gənclər İdman Məktəbinin direktoru olub. Hazırda isə müəllim kimi məktəbdə fəaliyyəd göstərir.

1988-ci ildə başlanan Milli Azadlıq hərəkatının fəallarından və bölgədə əsas təşkilatçılarından olub.

Azərbaycan Xalq Cəbhəsinin Qobustan şöbəsinin təsisçilərindən və rəhbərlərindən olub. Sonrakı fəaliyyədi AXCP-də olub. KXCP Qobustan şöbəsinin sədri olub.

2004-cü ildən  Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2007-ci ildən isə VHP Qobustan rayon təşkilatının sədri və VHP Ali Məclisinin üzvüdür.
 
Ailəlidir, 4 övladı var.